Azərbaycanda milli ödəniş sistemi yaradılır

img

10-02-2016 [17:00]


"Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək".

Bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib. Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlər başa çatacaq.

V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: "Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA