Zakir Qaralovun qəbul qrafiki - Baş prokuror 6 rayondan şikayətçilərlə görüşəcək

img

10-02-2016 [15:52]


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 19-da saat 11:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaqdır:

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA