10-02-2016 [14:20]
Azərbaycanda yüksək vəzifə tutan bəzi məmurlar barədə vaxtaşırı sensasiyalı, səs-küy doğuran məlumatlar yayılır. Bu məlumatların yayılmasına həm də onların günü əyləncələrdə keçən övladları səbəb olur. Həddindən artıq varlanmış məmur təbəqəsində bəzilərinin hobbiləri barədə eşitdiklərimiz bizi də əməlli-başlı təəccübləndirir.
Hansısa yollarla böyük kapital toplamış vəzifə sahiblərinin müxtəlif heyvanlara olan marağı və sevgisi də varmış.. İş orasındadır ki, söhbət adi ev heyvanlarına olan maraqdan getmir...
Gəzən xəbərlərdə deyilir ki, sahib olduqları malikanələrin bir guşəsində düzəltdikləri "heyvanat aləmi” onlar üçün əyləncənin dadını çıxartmağa əla vasitədir.
Azərbaycan faunasında tapılmayan vəhşi heyvanları bağ evlərində bəsləyən məmurlar kimlərdir?.. Doğrudanmı onlar pələng, şir, delfin, timsah, ayı və başqa vəhşi heyvanlar saxlamağa həvəs göstərirlər?..
Mövzu ilə bağlı Modern.az saytına danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev azərbaycanlı məmurların heyvan sevgisindən söz açıb. Hafiz Haciyev iddia edir ki, saxladığı vəhşi heyvana hətta toy edən məmurlar da var:
"Çox vaxt evində şir, pələng saxlayan məmurlardan danışırlar. Amma elə məmur var ki, evində meymun saxlayır. Bu azmış kimi, həmin meymunu evləndirib də... Hələ saxladıqları heyvanalara verdikləri yeməklərin qiymətini demirəm. Sadə vətəndaşın 3 aylıq əmək haqqıdır.
Bu məmurlar harınlamış insanlardır. Onlar nə ictimai rəydən qorxurlar, nə də iradlardan nəticə çıxarırlar. Bu cür məsələdə media geri çəkilməməlidir. Onların nə meymunları, nə şirləri, nə də pələngləri əziyyət çəkir. Əziyyət çəkən kasıb əhalidir”.
Hafiz Hacıyev deyir ki, bəzi vəzifə sahibləri harınladıqlarından bilmirlər pulu hara xərcləsinlər. O, malikanəsində hətta fil saxlayan məmurların olduğunu iddia edib.
"Azərbaycandakı məmurlar imkanları olsa, əjdaha da alıb saxlayarlar. Bəziləri o dərəcədə harınlayıb ki, bilmirlər pullarını nəyə xərcləsinlər. Elə məmur var ki, bağ evində pələng, şir, hətta fil də saxlayır. Düşünürəm ki, bu insanlar millətin qanını sorub, onu saxladıqları heyvanlara xərcləyirlər. Hər halda millət özü düşünməlidir ki, sərvətimizi bir qrup məmur aparıb filə, şirə yedirir. Mənim kimi bir-iki nəfərin çıxıb nəsə danışması ilə heç nə həll olunmayacaq. Ortaya mövqe qoyulmalıdır. Ölkədə yaranan böhran məmurların cibinə təsir etmir. Onlar öz həyatlarına davam edirlər. Belə bir məsələ var ki, "qozbeli qəbir düzəldər”. Bu cür məmurları da qəbirdən başqa heç nə düzəldə bilməz. Bu tip məmurlar ölkənin taleyini qumara qoyublar”,-deyən H.Hacıyev özbaşınalıqlara son qoymağa çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi