10-02-2016 [13:49]
Artıq bir aya yaxındır ki, insanlar subtropik meyvə olan banana qarşı ehtiyyatlı davranırlar. Buna səbəb sosial şəbəkələrdə içərisi qan ləkəsi olan bananın sürətlə yayılan fotoları olub.
Son vaxtlara qədər hər kəsin ləzzətlə yediyi banan, artıq əvvəlki kimi istehlak olunmur, mağazalarda bu meyvənin satışı yarı-yarıya azalıb. Mütəxəssislər panikaya ehtiyac olmadığını, yayılan şəkillərin uydurma olduğunu bildirsələr də, banan satışında ciddi azalma hələ də davam edir.
Bilindiyi kimi, xarici ölkələrdən gətirilən meyvə məhsulları Lökbatan qəsəbəsində yerləşən məşhur "Meyvəli bazarı"na gətirilir, marketlər və mağazalar da məhz oradan sifariş verirlər. Bananın, o cümlədən xaricdən gətirilən digər bütün meyvələrin saxlanma şəraitləri, tərkibi və qiymətləri ilə daha yaxından tanış olmaq üçün, Sputnik əməkdaşı sözügedən bazara - "Meyvəli"yə üz tutub.
Ərazidə çəkiliş aparmaq istədiyimizi görən mühafizəçilər müdaxilə edərək, çəkiliş aparılmasına icazə verilmədiyini söylədilər. Sadəcə olaraq meyvələrin qiymətləri və onların saxlanılma şəraiti ilə maraqlanmaq istədiyimizi bildirsək də, mühafizəçi əmrin "yuxarı"dan verildiyini söyləyərək, icazə verilməsinin mümkünsüz olduğunu qeyd etdi.
Çəkilişdə israrlı olduğumuzu deyəndən sonra, mühafizəçilərdən biri bizi bazarın baş meneceri Zahid Əmirovla görüşdürdü. Əmirov "çəkiliş aparmaq üçün şəxsən direktorun icazəsi olmalıdır" dedi.
Direktordan cavab gözlədiyimiz müddətdə fürsətdən istifadə edib Zahid Əmirovdan bananların ölkəyə necə gətirildiyini, harada və hansı şəraitdə saxlanıldığını soruşduq. Bildirdi ki, ölkəyə gətirilən banan məhsulları Hökməli dairəsinə yaxın yerdə xüsusi anbara yığılır.
"Biz özümüz də ordan gətiririk. Banan ölkəyə göy formada gətirilir. Daha sonra onun tərkibi qazlaşdırılır. Bəlli prosedurlardan sonra rəngi saralmış formada mağazalara paylanır", -deyə Əmirov qeyd etdi.
Elə bu ərəfədə otağa daxil olan bir nəfər çəkilişə heç cür icazə verilməyəcəyini söylədi. Həmin şəxsdən adını və vəzifəsini soruşsaq da, o, sualımıza cavab vermək istəmədiyini bildirdi. Direktordan icazə alınmasına şərait yaratmayan şəxs, ərazini dərhal tərk etməyimizi tələb etdi.
Həmin vəzifəli şəxsin jurnalistə qarşı qeyri-peşəkar rəftarını qınamaqla birlikdə, bu cür saymazyana hərəkətlərin məşhur "Meyvəli" bazarının imicinə zərər gətirdiyini də bildirmək istərdik. Ayrıca, bazar rəhbərliyinin bu sərt qadağası, meyvələrin saxlanma şəraiti, tərkibi və digər məsələlər ətrafında yayılmış məlumatların doğru olması barədə şübhələri artırır.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi