Ziya Məmmədovdan əmr: Nazir dəmir yolları ilə bağlı qərarını ləğv etdi

img

10-02-2016 [12:35]


Azərbaycan Nəqliyyat Nazirliyi "Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.

Bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixldə imzaladığı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA