Generalın rəhbərlik etdiyi xidmət ləğv ediləcək?

img

10-02-2016 [11:38]


Bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv ediləcək. Xidmətin funksiyaları Müdafiə Nazirliyinə veriləcək. 

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Yada salaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların  bazası əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşmışdı. 

Görünür, bu xidmətin müstəqil təsisat kimi fəaliyyəti özünü doğrultmayıb və yenidən Müdafiə Nazirliyinin idarəçiliyinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA