Azərbaycanda gender probleminə həsr olunmuz dəyirmi masa keçirilib

img

10-03-2010 [02:03]


Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirdiyi ?Gənclik-Bərabər imkanlar? layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirib. Azərbaycanda gender probleminin mövcud vəziyyətinə həsr olunmuş dəyirmi masada iştirak edən tələbə-gənclərin təklifləri dinlənib, gənclərin çoxşaxəli debatlarda bir araya gəlməsi vasitəsilə Azərbaycanda gender probleminin müəyyənləşdirilməsi və həlli yolları müzakirə edilib. Azərbaycanda gender bərabərliyi mədəniyyətinin nisbətən aşağı səviyyədə olduğunu deyən BBTK-nın prezidenti Aysəba Mirzəyeva bu problemin regionlarda daha qabarıq göründyünü bildirib: ?Ölkəmizdə gender problemi kəskin şəkildə özünü göstərməsə də, cəmiyyətdə qadın-kişi bərabərliyi sahəsində neqativ hallar hələ də mövcuddur. Bu isə hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməməsi ilə yanaşı, həm də kişi və qadın hüquqlarının bərabər imkanlarla realizəsinə mane olur?. Gəncləri vətəndaş cəmiyyətinin inkişafında fəal olmağa çağıran A.Mirzəyeva gender mövzusunda Azərbaycanın 2 universitetində debatların keçirilməsinin planlaşdırıldığını deyib: ?Debatların təşkilinə qədər gənclərin iştirakı ilə bu istiqamədə bir sıra ictimai müzakirələr aparmaq fikrindəyik. Kişilərin və qadınların iştirakıyla keçiriləcək müzakirə və diskussiyalar gəncləri, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrini, media və QHT nümayəndələrini əhatə edəcək?. Tədbirə qatılan Azərbaycanda təhsil alan əcnəbi tələbələr hazırda bu mövzunun bütün dünyada geniş müzakirə olunduğunu bildirərək, daha çox kənd və əyalətlərdə yaşayan qadınların bu problemdən əziyyət çəkdiklərini qeyd ediblər. Tələbə-gənclər keçirilən müzakirə və diskussiyaların cəmiyyətə mühüm təsirinə toxunaraq, belə tədbirlərin təşkilinə ehtiyac olduğunu bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA