09-02-2016 [13:25]
Ötən ilin dekabrında milli valyutanın dollar qarşısında 50 faizə qədər dəyərdən düşməsi istehlak bazarında kəskin qiymət artımı ilə müşahidə edilməyə başladı.
Bu ilin yanvar ayının 1-dən etibarən yeni məbləğdə təsdiqlənən yaşayış minimumu 2016-cı il üçün ölkə üzrə 136, əmək qabiliyyətli əhali üçün 146, pensiyaçılar üçün 115, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.
İndiki halda müəyyən edilən məbləğə heç bir həftəlik zəruri tələbat məhsullarını almaq mümkün deyil. Məsələn, devalvasiyadan əvvəl təxminən 1 aylıq ərzaq və zəruri tələbat mallarına sərf edilən 100 manata bu gün onların yarısını ala bilirik...
İqtisadçı-alimVüqar Bayramov Modern.az saytına baş verən bahalaşmanın gözlənilən olduğunu deyib:
"Bu gün istehlak bazarında qiymət artımları var və müşahidə edilən qiymət artımları daha çox idxal edilən ərzaq məhsullarında nəzərə çarpır. Yerli kənd təsərrüfatı məhsullarının qiymətində hələlik ciddi artım yoxdur”.
İdxal edilərək emal olunan ət məhsullarının qiyməti kəskin artıb
Ekspert qiymət artımını idxal məhsullarındakı qiymət artımındakə fərqlə bağlı bunları deyib:
"Emal edilmiş ərzaq məhsullarının qiymətində artım daha çoxdur. Bunlar ölkəyə gətirilən ət məhsullarından emal edilən kolbasa və sosiskalar, eləcə də digər emaledici məhsulların qiymətindəki artımlardır. İdxal edilən kənd təsərrüfatı məhsulları ilə müqayisədə emaledici məhsulların qiyməti kəskin artıb. Bu həm də onunla bağlıdır ki, bazarda həm də yerli kənd təsərrüfatı məhsulları var.
Ümumi olaraq, ərzaq məhsularının qiymətinin artması gözlənilən idi. Manat yalnız ötən ilin dekabr ayında 50 faiz devalvasiyaya uğrayıbsa, qiymət artımı olmalı idi və bundan sonra da olacaq. Manatın dollar qarşısında kifayət qədər ucuzlaşdığını nəzərə alsaq, bahalaşmanın qarşısını almaq mümkün deyildi”.
"Yeni büdcədə əmək haqqı xərcləri artırılsın”
İqtisadçı, dəyişiklik ediləcək büdcədə əmək haqqı xərclərinin artırılması təklifini verib:
"Bizim qiymətləndirmələr göstərirdi ki, bahalaşmanı yalnız əmək haqqı artımına getməklə kompensasiya etmək mümkündür. Strateji olaraq isə istehlak bazarına daha çox yerli məhsulların çıxarılmasına nail olmaq şərtdir. Bununla milli valyutanın məzənnə dəyişikliyinə uğraması zamanı istehlak bazarını sığortalamaq mümkündür.
Ümumilikdə ərzaq və qeyri-ərzaq məhsullarında inflyasiyanı nəzərə alaraq, ən azı 25-30 faiz əmək haqqı artımlarının həyata keçirilməsini təklif edirik. Artıq 10 faiz əmək haqqı artımları olub.
Yeni, dəyişikliklər ediləcək büdcədə əmək haqqı xərcləri artırılsın. Nəzərə alsaq ki, 2016-cı il üçün əmək haqqı xərcləri 5, 7 milyard manatdır. Onun da 3, 6 milyard manatı birbaşa əməyin ödənilməsinə yönələn xərclərdir. Hesab edirik ki, qiymət artımına adekvat olaraq növbəti əmək haqqı artımına gedilməsi labüddür”.
"Minimum istehlak səbətinə yenidən baxılmalıdır”
V.Bayramovun fikrincə, devalvasiyanın nəzərə alınması və minimum istehlak səbətində dəyişikliklərin edilməsi də vacibdir:
"Bütün hallarda bu, əmək haqqı artımları ilə sığortalanmalıdır. Minimum istehlak səbətinin, müəyyən kateqoriya, xüsusilə sosial yardım alan insanların gəlirlərinə təsiri baxımından yenidən müəyyənləşməsinə ehtiyac var. Daha məqsədəuyğundur ki, hökumət mərhələli şəkildə əmək haqqı artımına getsin”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi