"Şikayətlərə operativ reaksiya veriləcək" - Nazir müavini

img

09-02-2016 [12:02]


İqtisadiyyat Nazirliyində yeni yaradılan Apelyasiya Şurası sahibkarlıq subyektləri tərəfindən nazirliyin fəaliyyət sahəsinə dair daxil olan şikayətlərə qanunvericilik çərçivəsində baxacaq və müvafiq qərar qəbul edəcək. 

Bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini həm elektron qaydada, həm də "195-2" Çağrı mərkəzi vasitəsilə Şuraya müraciət etməyin mümkün olacağını deyib. Nazirliyin bu Çağrı mərkəzinə qoşulduğunu deyən S. Məmmədov qeyd edib ki, mərkəzə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA