09-02-2016 [11:24]
"Türkiyəylə Rusiya arasında münasibətlərin normallaşması üçün ilk addımı qarşı tərəf atmalıdır”.
Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığında bildirib.
Məlumatı mətbuata verən Nursultan Nazarbayev Putinlə Avrasiya Birliyi və Şanxay Əməkdalıq Təşkilatı barədə də müzakirələr apardıqlarını etiraf edib.
Xatırladaq ki, bu zamana qədər rəsmi Ankara Moskvaya dəfələrlə görüşmək üçün müraciət etmişdi. Bütün bu "ilk addımları” bir qayda olaraq cavabsız qoyan Putin münasibətləri bərpa etmək üçün Türkiyənin üzr istəməsi tələbini irəli sürürdü. İndisə mücərrəd "ilk addım” anlayışının ortaya atılması Rusiya siyasi iradəsinin bir addım dala çəkilməsi mənasına gəlir.
Bəs, görəsən, bu geri addımın səbəbi nədir?
Zənnimizcə, bunun 2 əsas səbəbi var:
1. Beynəlxalq sanksiyalara məruz qalan şimal qonşumuzun iqtisadi vəziyyəti;
2. Regionda hərbi situasiyanın tamamilə Rusiyanın əleyhinə çevrilməsi.
Ekspertlərin fikrincə, iki dövlət arasındakı münasibətlərin korlanmasından ən çox Rusiya zərər görür. Bu dövlətlər arasında ticarət dövriyyəsi ildə 32 milyard dollardır və bunun hardasa 75%-i rus ixracatının payına düşür. Rusiyaya ildə 5-6 milyard dollarlıq mal satan Türkiyə hər il ondan 25 milyard dollar həcmində enerji daşıyıcıları alırdı. Türkiyə bu xüsusiyyətilə Rusiyanın Almaniyadan sonra ikinci böyük bazarı hesab olunurdu.
Təyyarə böhranından sonra münasibətlərin pozulması nəticəsində Türkiyə Rusiyaya satdığı mallarını Avropa ölkələrinə də ixrac edə bilər. Avropa ölkələrinin ağır sanksiyalarıyla üzləşən Rusiyanın isə belə bir şansı yoxdur.
Üstəlik, getdikcə ucuzlaşan neft qiymətləri Rusiya iqtisadiyyatını onsuz da pis vəziyyətə salıb. Ölkənin rəsmi statistika qurumu "Rossat”ın etiraflarına görə, 2014-cü ilin ilk yarısına qədər Ümum Milli Məhsulu 439 milyard dollar olan Rusiyada bir ildən sonra bu rəqəm 262 milyard dollara düşmüşdü. İndi həmin rəqəmin də xeyli "əridiyi” güman olunur.
Rusiyanın ən məlumatlı iqtisadçısı, sabiq dövlət müşaviri Andrey Klepaçın fikrincə, neftin dünya bazarında qiymətləri 50 dollar civarında seyr edəcəyi təqdirdə, Ümum Milli Məhsulun tənəzzülü davam edə, 40 dollar civarında olarsa isə iqtisadiyyat tamamilə çökə bilər. Hazırda isə qiymətlər 30 dollar civarındadır. Deməli, Klepaçın proqnozlarına inansaq, Rusiya iqtisadiyyatının iflic durumuna düşməsinə çox qalmayıb. Sözsüz ki, belə bir zamanda özünün ən böyük ikinci bazarını əldə qoruyub saxlamaq Moskva üçün həyati əhəmiyyət kəsb edir. Qəzəbli Putinin birdən-birə ifadə tonunu dəyişməsi bu mənada anlaşılmaz deyil.
Başı iqtisadi və maliyyə böhranı ilə ağrıyan Rusiyanın heç hərbi sahədə də "bəxti gətirmir”. Bir müddət əvvəl dünya hegemonluğundakı imzasını təsdiqləmək üçün hərbi müdaxilə etdiyi Suriyada bütün texniki üstünlüklərinə baxmayaraq, hələ də rejim əleyhdarı "mülayim müxalif”ləri məhv edə bilməyib. Müxaliflər başlarına nə qədər bomba yağsa da, qarşı tərəf müqavimət göstərir, döyüşür, mövqelərini asanlıqla əldən vermək istəmirlər.
Bu da azmış kimi, Səudiyyə Ərəbistanı və Türkiyənin rəhbərliyi altında 150 minlik nizami hərbi qüvvələrin Suriyaya müdaxilə etməyə hazırlaşdıqları barədə xəbərlər yayılır. Moskvanın bu durumdan narahatlığı "hadisələri diqqətlə izləyirik” şəklindəki şərhindən də hiss olunur.
Səudiyyə krallığının təlim keçdiyi ordu birləşmələrinin İŞİD-lə vuruşmaq üçün hazırlaşdığı xəbər verilsə də, Suriyada rus hərbçiləri ilə qarşılaşması da istisna deyil.
Digər tərəfdən Rusiyaya Ukraynadan da ikinci cəbhə açılacağı ehtimalı var. II Dünya müharibəsindəki faşist Almaniyası kimi, bütün beynəlxalq aləmin qəzəbini öz üzərinə çəkən Rusiyanın qlobal bir savaşa girməsi tamamilə tükənməsinə səbəb ola bilər.
Görünür, Rusiya siyasi iradəsi indi düşmən qazanmaq yox, düşməni dosta çevirmək zamanının gəldiyini anlayır. Fəqət açıq şəkildə geri addım atmağı da qüruruna sığışdırmadığından əvvəlki şərtini üzrdən "ilk addım”a dəyişdirir. Ona hava-su kimi lazım olan bu addımı isə Ankaradan gözləyir, iki dövlət arasında ən yaxın simsar kimi Qazaxıstan prezidentini qabağa verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi