Hökumət qərar verdi; Bu dövlət qurumları ilə bağlı dəyişiklik

img

09-02-2016 [10:00]


Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.

Mia.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli fərmanına əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması ilə əlaqədardır.

Bununla əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda müvafiq olaraq formal dəyişiklik edib və "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından da çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA