Vasif Talıbov qərar verdi

img

08-02-2016 [18:59]


2016-cı il Naxçıvan Muxtar Respublikasında "Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib.

Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında açıqlayıb.

V. Talıbov deyib ki, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olacaq, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti partiyamızın ilk və fəal siyasi qurumu kimi daim nümunə olmalı, "Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə fəaliyyətini daha da gücləndirməlidir.

"Bu il MR-də "Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunub. Bu gün sürətlə inkişaf edən, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Sürətli inkişaf templərini qoruyub saxlamaq üçün nizam-intizama əməl etmək, onun möhkəmlənməsinə çalışmaq zəruridir", - deyə o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA