Daha bir komitədə 6 nəfərlik şura yaradıldı - Rüstəm Şahbazova vəzifə verildi

img

08-02-2016 [16:14]


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. 

Komitədən verilən məlimata görə, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi və 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA