Hökumət qərar verdi: Əlilliyi müəyyən edən komissiyalar yenilənəcək

img

08-02-2016 [15:32]


Nazirlər Kabineti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”ni təsdiq edib.

Əsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili, vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.

Qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla, 3 ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA