08-02-2016 [15:32]
Nəqliyyat naziri Ziya Məmmədov ətrafında baş verən proseslər hələ də diqqət mərkəzindədir. Nazirin səlahiyyətlərinin tamamilə azaldılması, yaxın günlərdə bu qurumun ümumiyyətlə ləğv ediləcəyi barədə məlumatların yayılması, oğlu Anar Məmmədovun layihələrinə "stop” qoyulması kimi açıq görünən zərərsizləşdirmə prosesinin sonu necə olacaq, məmmədovların qəfil çöküşünün kökündə nə durur?
Mia.az xəbər verir ki, AzNews.az-ın əməkdaşı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, son parlament seçkilərində proseslərdən kənarda saxlanılan sabiq millət vəkili Elton Məmmədova bu və ya digər suallarla müraciət edib.
Bəzi sualları cavablandırmaq istəməyən E.Məmmədov müəyyən məqamlara aydınlıq gətirib:
- Elton müəllim, neçə illərdir Milli Məclisin deputatı kimi aktiv fəaliyyətlə məşğul idiniz... Xarici səfərlər, Milli Məclisin iclasları və s. İndi nəylə məşğulsunuz?
- Ciddi elmi tədqiqatlarla məşğulam. Elm tükənməz bir sahədir. Nə qədər çox elmi tədqiqatlar aparsan, bir o qədər elmin dərinliyinə vararsan.
- Deputat dostlarınızla görüşürsünüz?
- Bəli, tez-tez görüşürəm. Onların irəli sürdüyü təkliflərlə maraqlanıram. Mən də vətəndaşam, bu dövlətin inkişafında, qanunvericilik bazasının təkmilləşdirilməsində, genişlənməsində və zənginləşməsində maraqlı olan ziyalılardan biriyəm.
- Yəni, bu gün millət vəkili olmasanız belə, cəmiyyətdə gedən ictimai-siyasi prosesləri izləyirsiniz...
- Təbii ki. Azərbaycan vətəndaşı cəmiyyətdə və dövlətdə gedən proseslərə biganə qala bilərmi? Bütün prosesləri izləyirəm. Bu hər bir vətəndaşın borcudur. İstər millət vəkili, istər, elmlər doktoru, istər akademik, kim olur olsun, bütün insanlar dövlət quruluşunda maraqlı olmalıdır. İstəyirlər ki, ictimai-siyasi sabitlik olsun, xalqın sosial rifahı yaxşılaşsın, insanlarımız maariflənsin. Çünki bizim ailədə böyütdüyümüz övladlar da bu cəmiyyətin üzvüdürlər.
- Sizin bu ilki seçkilərə qatılmamağınız ciddi müzakirə mövzusuna çevrildi. Qardaşınız Ziya Məmmədovun mövqelərinin zəiflədiyi bir vaxtda sizin seçkilərdə iştirak etməməyiniz əlbəttə diqqətdən kənarda qala bilməzdi. Bu barədə nə deyə bilərsiniz?
- Millət vəkili olmadığıma, namizədliyimi irəli sürmədiyimə görə, heç də təəssüflənmirəm. Nəyə görə? Çünki mənim elmi layihələrim var və onlarla məşğulam. Düşünürəm ki, bu gün iqtisadi və maliyyə böhranı zamanında daha da innovativ düşüncələrə, yeni texnologiyaların tətbiqinə gedirik. Yeni texnologiyaların yaranmasına ehtiyac var, mənim də apardığım elmi tədqiqatlar bir başa iqtisadiyyatın inkişafı ilə bağlı olan və yenilik gətirən bir sahədir. Düşünürəm ki, bu sahədə də vacib işlər görülməlidir.
- Mətbuat nəqliyyat naziri Ziya Məmmədovun hökumət daxilində artıq arzu edilməz şəxsə çevrildiyini, yaxın günlərdə nazir postunu itirəcəyini yazır... Bu nə dərəcə də realdır? Ümumiyyətə, məmmədovlar həmişə mətbuatın manşetlərini bəzəyir...
- Mətbuat azaddır. Biz demokratik ölkədə yaşayırıq. Məmmədovlardan yazırlar, qoy yazsınlar, eybi yoxdur. Aydındır ki, bu yazıların çoxu qərəzli və sifarişlə yazılan yazıladır. Mən həmişə demişəm, ola bilsin haradasa qərəzli mövqe var, ola bilsin insanlar istəyini başqa cür büruzə verə bilmirlər, mətbuatla gündəmə gətirirlər. Qoy gətirsinlər. Bu, məmmədovları qəti narahat etmir.
- Ziya Məmmədov necədir? Yazıları başa düşdük, bəs səlahiyyətlərinin bu qədər azaldılması da onu narahat etmir?
- Ziya müəllim əladır.
- Görüşürsünüz?
- Tez-tez görüşürük. Mətbuatın Ziya müəllimin üstünə gəlməkdə və ondan yazmaqda məqsədi ondan ibarətdir ki, həmişə çox işləyənin adı hallanar. Bu gün Azərbaycanın Şərqinə, Qərbinə, hansı tərəfinə getsəniz, ölkə rəhbərinin uğurlu siyasətində Ziya Məmmədovun adı var. Çünki yol nəqliyyat infrastrukturu ölkə rəhbərinin siyasətinin qətiyyəti və Ziya müəllimin fədakar əməyi nəticəsində ərsəyə gəlib. Bu mənada gərək, Ziya müəllimin adını yaxşı işlərdə çəksinlər, yəni əsassız və neqativ məlumatlara uymasınlar.
- Amma sizin seçkilərə qatılmamağınız, bir çox vacib qurumların Ziya Məmmədovun nəzarətindən çıxması göstərdi ki, informasiyaların heç də hamısı əsassız deyil...
- Ölkədir və onun rəhbəri var. Ölkə rəhbəri bir çox sahələrin təkmilləşməsində, vahid idarəetmə sisteminin müasirləşməsi istiqamətində daha çevik siyasət həyata keçirir. O, Ziya Məmmədovun, yaxud da digər icra hakimiyyətinin başçısının istəyi ilə deyil. Dediyiniz məsələlərlə bağlı geniş danışmaq fikrim yoxdur. Amma bunu hamı görür ki, Ziya Məmmədov bu gün də Nəqliyyat Nazirliyi sisteminə nəzarət edir və nazirdir.
- Yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğv olunması barədə də məlumatlar var. Bu yazılanları da qərəzli və həqiqətdən kənar şayiələr hesab edirsiniz?
- Partiya və milli mənsubiyyətindən asılı olmadan demək istəyirəm ki, dövlət rəhbərinin, cənab prezidentin işinə müdaxilə edib, onun müstəsna səlahiyyətlərini özbaşına təhlil etməsinlər. Ölkə prezidenti nə məsləhət görəcəksə, o da olacaq. Bütün dövlət quruculuğunda, hakimiyyət oqranlarında gedən proseslər onun istəyinə və siyasətinə uyğun aparılır. Kimlərsə kimisə işdən çıxarmaq, vəzifəyə qoymaq səlahiyyətində və iqtidarında deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi