08-02-2016 [15:01]
Vergilər Nazirliyində Prezident İlham Əliyevin son Fərmanlarının icrasının təmin olunması və vergi sistemində struktur dəyişikliklərinin aparılmasına həsr olunmuş Kollegiya iclası keçirilib.
Mia.az nazirliyə istinadən xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, ölkə başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edir.
Qeyd olunub ki, ölkədə sahibkarlığa dəstək məqsədilə atılan addımların davamı olaraq biznes fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları, biznes mühitində şəffaflığın təmin edilməsi, maliyyə-bank sisteminin inkişafının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.
Nazir qeyd edib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının və Prezident yanında Apelyasiya Şurasının yaradılması ölkə başçısının sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti mühüm addımdır. F.Məmmədov Vergilər Nazirliyində 2011-ci ildə yaradılmış Vergi Apelyasiya Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edərək, bildirib ki, bundan sonra sahibkarlar yerli və mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına müraciət edə biləcəklər ki, bu da mərkəzi icra hakimiyyətindəki müvafiq instansiyaların sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırmalıdır.
Vurğulanıb ki, sahibkarların hüquqlarının qorunması imkanlarını daha da genişləndirən bu islahat sahibkar - dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaqdır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, sözügedən qurum Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsinə, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsinə xidmət edəcək.
Daha sonra vergilər naziri ölkə başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib.
Nazirin müvafiq əmri ilə Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, nazirliyin Beynəlxalq münasibətlər idarəsi və Maliyyə institutlarında vergi monitorinqi idarəsi ləğv edilərək onların mövcud ştat vahidləri hesabına Beynəlxalq münasibətlər idarəsi və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi yaradılıb, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.
F.Məmmədov Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının Əsasnaməsinin Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının Əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Kollegiya iclasında Nazirliyin qarşısında duran digər vəzifələr də müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi