Sabahın hava proqnozu açıqlandı

img

08-02-2016 [14:24]


Sevralın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq. Bakıda gecə 0-2 dərəcə şaxta, 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi yerlərdə yağıntılı olacağı, sulu qar və qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA