Daha bir universitetdə islahat: 7 kafedra, 5 şöbə, 2 laboratoriya ləğv edildi

img

08-02-2016 [14:09]


Bakı Slavyan Universitetinin (BSU )strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar davam etməkdədir. 

BSU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, universitetdə  7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. 

Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun  qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunmuş fakültələrin bazasında "Filologiya və jurnalistika” və "Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.
"Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək”,-deyə universitetdən bildirilib.

 Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA