Komitə sədri əmr verdi; Yeni qurum yaradıldı

img

08-02-2016 [12:50]


Azərbaycan prezidentinin fevralın 3-də imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

DGK Mətbuat Xidmətindən verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini Rza Həsənəliyev başçılıq edir.
Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA