07-02-2016 [12:45]
"Sadəcə söz demək yox, faktlarla danışmaq lazımdır”.
Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumdakı Ukrayna nümayəndə heyətinə sədrlik edən Mustafa Cəmiloğlunun "AŞPA-dakı Azərbaycan nümayəndələri Ermənistan təmsilçilərindən daha pis işləyib” iddiasına cavab olaraq deyib.
Korrespondent.az-a açıqlama verən Səməd Seyidov bildirib ki, Azərbaycanın AŞPA-da uğurla fəaliyyət göstərdiyini heyət üzvləri Sahibə Qafarova və Sevinc Fətəliyevanın son sessiyada qurumun rəhbər orqanlarına təyin edilmələrini təqdir edir:
"Sahibə Qafarova AŞPA-nın Miqrasiya Komitəsinə rəhbərlik edir, Sevinc Fətəliyeva isə Büro üzvü seçilib. AŞPA-nın lord Robert Uolterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində əhalinin eskalasiyası” qətnaməsinin qəbul edilməməsinə gəlincə, bu, ATƏT-in Minsk qrupunun birbaşa müdaxiləsinin nəticəsidir. Başqa sözlə, ATƏT-in Minsk qrupu hesab edir ki, Qarabağ konfliktinin nizamlanması onun monopoliyasındadır və heç bir başqa beynəlxalq qurum bu məsələ ilə bağlı mövqe səsləndirə bilməz. Bu kökündən yanlış, eyni zamanda Azərbaycan üçün ziyanlı mövqedir”.
Səməd Seyidov AŞPA-nın son sessiyasında "Azərbaycanın sərhəd bölgələrində yaşayanların qəsdən sudan məhrum edilməsi” hesabatının qəbul edilməsinin lehinə 90 deputatın səs verməsini də Azərbaycan heyətinin uğuru saydığını deyib: "Bu sənəddə açıq-aydın göstərilir ki, azərbaycanlıları sudan qəsdən məhrum etməklə, ermənilər insan haqlarını kobud şəkildə pozur.
Mən hesab etmirəm ki, bu sessiya Milli Məclisin nümayəndə heyəti üçün uğursuz olub, əksinə, biz bir çox məsələləri yoluna qoya bildik”.
"Hansı səbəbdən Azərbaycanın tərəfdaş saydığı Türkiyə və Moldovanın bəzi deputatları Azərbaycanın mövqeyini müdafiə etmədi” sualına cavabında isə Səməd Seyidov bildirib ki, detalları tendensiya kimi təqdim etməyə gərək yoxdur: "Bizim AŞPA-da yetərincə tərəfdarımız var və onlar bizi bütün məsələlərdə dəstəkləyirlər. Bir daha bildirirəm ki, lord Uolterin hazırladığı qətnamənin qəbul edilməsini ATƏT-in Minsk Qrupu əngəlləyib”.
"Əgər 2005-ci ildə Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilibsə, yenidən belə bir qətnamənin qəbul edilməsi hansı ehtiyacdan yaranıb” sualına cavab verən Səməd Seyidov vurğulayıb ki, 2005-ci ildəki sənəd başlanğıcdır: "Biz sonuncu erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyənə qədər bu işi davam etdirəcəyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi