Azərbaycanda 15 min yeni iş yeri açılacaq - Pambığın alış qiyməti qalxdı (Yeni qiymətlər)

img

06-02-2016 [21:19]


Dövlət başçısının yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq, ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı perspektivləri pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə müzakirə edilib.

Mia.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaqdır:

"Bundan başqa, pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacaq və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcəkdir.
Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul edəcəklər.

Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır.
Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcəkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA