Rəşad Məcidə ağır itki üz verib

img

06-02-2016 [13:09]


"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə ağır itki üz verib. 

Modern.az xəbər verir ki, R.Məcidin atası Müseyib Məcidov bu gün səhər dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq. 

Mərhumun 3 mərasimi fevralın 8-də Ağcabədi rayonunda keçiriləcək. Fevralın 12-də Bakı şəhərində 7 mərasimi veriləcək. 

Qeyd edək ki, Qarabağ bölgəsində böyük nüfuz sahibi olan Müseyib Məcidov uzun illər Ağdam və Ağcabədidə rayon İstehlak Cəmiyyətinə rəhbərlik edib.  

Mia.az-ın kollektivi Rəşad Məcidə atasının vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə bassağlığı verirlər.

Allah rəhmət eləsin!  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA