"İşçilərimizin maaşı artırılacaq" - Rövnəq Abdullayev

img

05-02-2016 [16:42]


"Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinənisbətən kifayət qədər yüksəkdir". 

Bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib:

"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik".

Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcətəşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız əmək haqları arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA