05-02-2016 [15:02]
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun bu gün AXCP sədri Əli Kərimli və AMİP lideri Etibar Məmmədov haqqında irəli sürdüyü ittihamlara hazırda Razi Nurullayevin sədri olduğu və AXCP kimi fəaliyyət göstərən partiyada təmsil olunan tanınmış hüquqşünas Mehman Muradlı reaksiya verib.
Mehman Muradlı Mia.az-a açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun AXCP-nin keçmiş sədri Əli Kərimli haqqında dediyi fikirlərlə tanışdır:
"Faktiki olaraq Siyavuş Novruzov yeni bir söz deməyib. İllərdi biz bunu deyirik. Əli Kərimli Azərbaycan Milli Azadlıq Hərəkatına xəyanət etmiş adamdı. YAP hakimiyyət partiyası kimi maraqlı olub ki, seçkilərdə qalib olsun və əsas alternativi olan AXCP-Müsavat birliyini dağıtmalıydı. Buna isə YAP asanlıqla nail ola bildi. Çünki Əli Kərimlinin pula olan "soğan olsun, nəğd olsun" yanaşması AXCP-Müsavat birliyini daha tez dağıtmağa zəmin verirdi. Həmin dövrdə Əli Kərimlinin nəzarətində bir neçə mətbuat orqanı varıydı və qəzetlərin vasitəsiylə öz çirkin oyununu cəmiyyətə yeridə bilmişdi. Hətta o dövrdə Əli Kərimlinin əsas ruporu olan "Azadlıq" qəzetində hakimiyyətin islahatçı qanadıynan danışığa getmək lazım olduğunu dəfələrlə yazmışdılar. Arxivlər yerindədi. Hakimiyyət də sözünə sadiq olaraq Əli Kərimliyə vəd etdiyi yerləri verdi.
İndi Əli Kərimli demokratiyadan çox danışır, seçkilərin saxtalaşdırılmasından çox danışır. Amma adamın özü də Səyavuş Novruzovun etiraf etdiyi kimi parlamentə təyinatla keçib. Yəni saxta parlamentin saxta deputatı olub. Ona görə də Əli Kərimlinin dili olmamalıdı seçkilərin saxtalaşdırılmasında danışmağa".
Bəs, doğurdan Əli Kərimli ilə adıçəkilən restoranda və ya xaricdə görüşlər olub? Yaxud o zaman Əli Kərimli ilə birgə hərəkət edən Etibar Məmmədov dilindən iltizam verib?
Bu suallarımıza Mehman Muradlı bellə cavab verdi:
"Əli Kərimliylə Siyavuş Novruzovun xüsusi olaraq hardasa görüşmələrinə ehtiyac yoxuydu. Çünki hər ikisi deputat idi və Milli Məclisin bufetində də görüşə bilərdilər. Hesab edirəm ki, restoranda görüşmək təklifi özünü vacib persona hesab etdiyindən Əli Kərimlidən gəlib.
Etibar Məmmədov məsələsinə gəlincə, həqiqətən Əli Kərimli Etibar Məmmədov qarşısında yazılı öhdəlik götürmüşdü. Ancaq o, adətinə uyğun olaraq, bu yazılı öhdəliyə əməl etmədi...".
Xatırladaq ki, S.Novruzov deyib ki, Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək o zaman hakimiyyətlə separat danışıqlara gedib və beləliklə, "Müsavat”la olan koalisiyanı pozub:
"Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular”a və "klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.
S.Novruzov onu da bildirib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var.
Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam vermişdi”.
S. Novruzov onu da deyib ki, Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün Ə. Kərimli iqtidarla bütün danışıqlara gedib: "Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi