05-02-2016 [13:46]
"2000-ci il parlament seçkiləri ərəfəsində Əli Kərimli hakimiyyətlə sıx təmasda olub".
Mia.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O, bildirib ki, həmin vaxt Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, "Müsavat”la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular”a və "klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.
S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var.
Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam vermişdi”.
S. Novruzov onu da deyib ki, Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün Ə. Kərimli iqtidarla bütün danışıqlara gedib: "Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi