İcra Hakimiyyəti ərzaq yarmarkası təşkil etdi, qiymətlər 30-35 faiz aşağı endi (FOTOLAR)

img

05-02-2016 [13:10]


Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Mia.az xəbər verir ki, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılıb. Yarmarkaya rayon kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılmışdır. Yarmarkaya 30-dən çox sahibkar, 70 nəfər fərdi məhsul istehsalçıları cəlb edilib.

Məhsullar bazar qiymətlərindən 30-35% ucuz qiymətə satılıb. Alıcılar yarmakanın keçirilməsini rəğbətlə qarşılamış, məhsulların qiymətlərindən razılıqlarını ifadə etmişlər, yarmarkanının təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Ərzaq satışı yarmarkasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA