”Texnikabank”ın əmanətçilərinə fevralın 11-dən başlayaraq kompensasiyalar odəniləcək

img

05-02-2016 [10:23]


”Texnikabank”ın əmanətçilərinə fevralın 11-dən başlayaraq kompensasiyalar odəniləcək.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 04 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki, ”Texnikabank”ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib.

Trend-in məlumatına görə, bununla da "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi "Texnikabank”ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Texnikabank”ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA