İlhamə Quliyevanın oğlunun dostu həbs edildi - Xalq artistinin ətrafında şübhəli durum

img

04-02-2016 [21:50]


Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirov həbs edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. O, cinayət məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir. Vüqar Bəkirov bu gün məcburi olaraq Yasamal Rayon Məhkəməsinə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Vüqar Bəkirov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın barəsində polisə şikayət ərizəsi yazaraq onun həbs olunmasına nail olmuşdu. (Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA