04-02-2016 [19:06]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Sonra AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib. Qeyd olunub ki, 2015-ci ildə bölmələrin fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları, dövlət proqramları, Nazirlər Kabinetinin sərəncamları, AMEA Rəyasət Heyətinin qərarları əsas götürülüb.
İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.
İlk olaraq AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında məlumat verib.
Akademik bildirib ki, AMEA-nın institut və təşkilatlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərin bu layihəyə fəal şəkildə qoşulmasının təmin edilməsi məqsədilə Rəyasət Heyəti 2014-cü ilin yanvarın 15-də qərar qəbul edib.
Akademik-katib qeyd edib ki, bu qərarı rəhbər tutaraq Viki-Mərkəz vətəndaşlar arasında "Vikipediya”nın populyarlaşdırılması və orada AMEA əməkdaşlarının Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün mühüm işlər görür. Mərkəz həmçinin ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.
İclasın sonunda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi