04-02-2016 [17:42]
Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib.
Mia.az xəbər verir ki, sabiq nazir yeni vəzifəsiylə bağlı Modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Əvəz müəllim, yeni vəzifədə işə başladığınız doğrudurmu?
- Bəli, doğrudur. Təhsil bizim gələcəyimizdir. Bu sahənin inkişafı perspektivimiz üçün yaxşı təminat deməkdir. Pratika, təhsil və elmin birgə nəticələri daha böyük effekt verir. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi yaranır.
Bu işlərdə biliyimi, bacarığımı tələbələrə çatdıra bilərəmsə bu, çox gözəl olar. Həm də müəllim sözü xalqımız tərəfindən həmişə böyük iftixarla qiymətləndirilib.
- Bilmək olarmı yeni işiniz nədən ibarətdir?
- Əlbəttə. Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı var: "Rəhbərlik etmək, yəni adamları öyrətmək və təcrübələndirmək üçün gərək mənəvi haqqın olsun”.
Azərbaycan Dövlət İqtisad Universiteti mənim məzun olduğum ali məktəb ocağıdır. Həm də adını çəkdiyim universitetlə, görkəmli alimlərlə daim əlaqələr qurmuşam. Həmçinin, 2008-ci ildə iqtisad elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişəm. 40-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifiyəm.
Yeni işimin nədən ibarət olmasına gəlincə, deyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsini icra edəcəm. Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olundum. 3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb.
Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var.
- Yeni işlərinizdə sizə uğurlar arzulayırıq. Bəs, yeni işinizlə bağlı hansı ümidləriniz var?
-Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək...
Bir sözlə, universitetdə olduqca uğurlu, gözəl işlər gedir. Həmçinin, çalışacağam ki, rektorluğa yaxından kömək etməklə, təhsil islahatlarının həyata keçirilməsində töhfəmizi əsirgəməyək.
Ölkəmizdə cənab prezident İlham Əliyevin rəhbərliyi altında böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi yaranır. Bu islahatlardan kənarda qalmaq və iştirakçı olmamaq mümkün deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi