Nazir əmr verdi, prorektor vəzifədən alındı

img

04-02-2016 [17:05]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.

Mia.az AzNews.az-istinadən xəbər verir ki, bununla bağlı Gənclər və idman naziri Azad Rəhimov əmr imzalayıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumatı təsdiqləyib. Bildirib ki, Y.Babanlı akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar vəzifədən kənarlaşdırılıb: "Ölkədə hal hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb”.

S.Məmmədov onu da bildirib ki, Y.Babanlı nazirin əmri ilə digər vəzifəyə təyinat alıb: "Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA