04-02-2016 [12:57]
"İlhamə Quliyevanın köməkçisi barədə qəbul olunmuş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət ədəcəyəm”.
Bu sözləri millət vəkili Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, xalq artisti səsləndirdiyi fikirlərə görə cinayət məsuliyyətinə cəlb oluna bilər:
"İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuat vasitəsilə müraciətini oxudum. Belə hesab edirəm ki, orada çox ciddi faktlar var, bunlar araşdırılmalıdır. Həmin qadının videosunun yayılması, onun alçaldılması, ona qarşı təhdidlər qanunla qadağan edilən hallardır və cinayət məsuliyyəti yaradır. İkincisi də, Mehriban xanım müraciətinin sonunda qeyd edib ki, o anadır, şəhid bacısıdır və bu ailə tərəfindən həmişə tənqid və təhdidlərə məruz qalıb, qorxudulub. Məndə olan məlumatlara görə, bu qadın İlhamə Quliyevanın oğlunun dostunun şikayəti əsasında saxlanılıb.
Hesab edirəm ki, Mehriban Həsənova ilə bağlı keçirilən əməliyyat və onun saxlanılması da tam araşdırılmayıb. Bu, bir az da tələm-tələsik qəbul edilmiş bir qərardır. Çünki xanım İlhamə Quliyevanın evinə dəvət olunub və qapıda da gözləyən polis əməkdaşları onu həbs edib. Ancaq indi yeni faktlar ortaya çıxır və prokurorluq orqanları bu məsələyə aydınlıq gətirməlidir.
İnanıram ki, Baş prokuror Zakir bəy, bu faktları bilsə, öz münasibətini bildirəcək. Əgər doğrudan da, şəhid bacısıdırsa və kiminsə yanlış ifadəsinə görə saxlanılırsa, bu faktlar araşdırılmalıdır. Ona görə də, mən bu gün Baş prokurora müraciətimdə Mehriban Hüseynovanın mətbuatda yaydığı mətni də əlavə edəcəyəm.
Xahiş edəcəm ki, onunla bağlı araşdırılma sürətləndirilsin və imkan daxilində həbs-qətimkan tədbiri dəyişdirilsin. O, ailəsinin yanında olmaqla istintaq aparılsın. Onsuz da, gələcəkdə məsuliyyəti tam sübut olunarsa, qanun qarşısında cavab verəcək. Amma hələlik istintaqın uzanması və yeni faktların ortaya çıxması kifayət qədər imkan verir ki, bu xanım barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin”.
Deputat daha sonra İlhamə Quliyevanın köməkçisi ilə bağlı səsləndirdiyi fikirlərə də reaksiya bildirib:
"İlhamə Quliyeva köməkçisinin müraciətinə münasibət bildirərkən onu hədələyib. "İmkanım olsa səni parça-parça edib öldürərdim” ifadələri göstərir ki, ailə tərəfindən bu qadına kin və qərəz var. Bu səbəbdən mən bugünkü rəsmi müraciətimdə baş prokurordan məsələni şəxsi nəzarətində saxlamasını xahiş edəcəm. Heç kim hər hansı bir tituluna, daşıdığı statusa görə kimisə hədələyə, qorxuda, məsuliyyətə cəlb etdirə bilməz. Prezident də bugünlərdəki müşavirədə bildirib ki, heç kimin toxunulmazlıq statusu yoxdur və tanınmış insanlar, məmurlar xalqa xidmət göstərməlidir”.
Deputat son günlərdə xalq artistlərinin mətbuat vasitəsilə bir-birlərinə qarşı söylədiyi təhqiramiz ifadələrə də münasibət bildirib. O qeyd edib ki, xalq artistlərinin belə davranışı oxuculara, tamaşaçılara hörmətsizlikdən başqa bir şey deyil. Lazım gəlsə, onların titulları əllərindən alınmalıdır:
"Hələ bir neçə il öncə İlhamə Quliyevanın televiziyada "mən yemirəm, yedizdirirəm” ifadəsilə bağlı mən və onlarla millət vəkili etirazını bildirəndə çox təəssüf ki, mətbuat susdu. Amma bu ifadə tamaşaçılara təhqirdən başqa bir şey deyildi. İki xalq artisti arasında baş verən çəkişmə də yol verilməzdir. Mədəniyyət Nazirliyi açıqlamasında bu işlərə qarışmadığını bildirsə də, bu halın qarşısı alınmalıdır. Bu ifadələr mətbuatda yer alır, televiziya kanalları belə çəkişmələri efirə verir. Bizim ailə üzvlərimiz, gənclər, körpələr də bu halı görür, izləyir. Bu, yolverilməz bir haldır. Xalq artisti adını daşıyan hər bir kəs Azərbaycan xalqının milli dəyərlərini özündə qoruyub saxlamalıdır. Keçmişə baxanda, klassik xalq artistlərimizin həyat tərzi, davranışları, geyimi-keçimi ilə bugünkü bəzi sənətçilərimizi müqayisə etdikdə, adamda xəcalət hissi yaranır. Bu səbəbdən belə davranışları qətiyyətlə pisləyirəm və kimlərinsə bir-biri ilə çəkişməsi, qərəzi varsa, bu, sivil qaydada, məhkəmə yolu ilə həll olunmalıdır. Mətbuat vasitəsi ilə bir-birini söymək olmaz. Məndən əvvəl öz fikirlərini bildirmiş millət vəkilləri Nizami Cəfərov, Jalə Əliyevaya qoşuluram və hesab edirəm ki, müvafiq qurumlar sənətçilərin hərəkətlərinə qiymət verməlidir. Lazım gəlsə, onların titulları əllərindən alınmalıdır”.
Qafqazinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi