Azərbaycanda kəskin respirator viruslar aşkarlandı - Rəsmi

img

04-02-2016 [12:51]


"Azərbaycanda laborator müayinələr aparılır. Ölkədə kəskin respirator viruslar aşkar olunur. Amma indiyədək ölkədə "donuz qripi” aşkarlanmayıb”.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O, qonşu ölkələrdə "donuz qripi” aşkarlanmasına baxmayaraq, Azərbaycanda bu virusa rast gəlinməməsinin səbəbini izah edərkən bildirib ki, bunun üçün labortator təsdiq lazımdır, laborator təsdiq yoxdursa, deməli "donuz qripi” aşkarlanmayıb.

Direktor müavininin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: "Naxçıvanda "donuz qrip”nin qeydə alınması barədə yayılanlar şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma "donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA