03-02-2016 [19:52]
Xəbər verildiyi kimi, təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılaraq dindirilib.
Dindirmənin mövzusu haqda açıqlama verən T.Rəcəbov deyib ki, müstəntiq ona ölkəyə gətirilən 18 milyard avro ilə bağlı suallar verib: "Müstəntiq suallar verdi. Maraqlanırdılar ki, o pulun ölkəyə gəlməsi haqda məlumatları haradan öyrənmişəm. Keçmiş əməliyyat işçisi olduğumu dedim və əlimdəki bütün sənədləri istintaqa təqdim etdim.”
T.Rəcəbov deyib ki, şahid qismində dindirilməsi bir saata yaxın davam edib: "Mən bildiyim nə vardısa, istintaqa demişəm. Araşdırsınlar, görsünlər ki, o pullar ölkəyə kimlərin əli ilə və niyə gətirilib. O pulları ölkəyə gətirənlər xəyanətkarlardır.”
Qeyd edək ki, ötən ilin oktyabrında T.Rəcəbov "Yeni Müsavat”a müsahibə verərək "Azərbaycana inqilab üçün 18 milyard gətirilmişdi” iddiasını səsləndirmişdi.
Həmin müsahibədən sitat: "Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir”.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu işlərin başında fəaliyyəti dayandırılmış Mİlli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov dayanırdı:
"O və yaxın ətrafı dövlət çevrilişinə cəhd edirdi. Bu, böyük bir "çete”nin planı idi. Bu gün də həmin təhlükə gözlənilir və təhlükə daha da dərinləşib. Hakimiyyətdəki məmurların əksəriyyəti ölkə prezidenti cənab İlham Əliyevə hər an xəyanət etməyə hazırdılar. Bilirlər ki, onların da yığdıqları milyardlar nə vaxtsa əllərindən alınacaq.”
Təşkilat sədrinin sözlərinə görə, E.Mahmudovu dəstəkləyən müəyyən xarici dairələr var: "Həmin dairələr daha da aktivləşiblər. Çünki bilirlər ki, xalqın vəziyyəti ağırdır, ölkədə məmur təbəqəsi tapşırıqları icra etmir, kosmetik işlərlə və baş qatmaqla məşğuldurlar. Yəni həmin qara qüvvələr üçün fürsət yaranıb. Fikir verin, E.Mahmudov içəridə deyil ki. Azadlıqda sərbəst gəzir. Telefonu əlinə alıb, istədiyi adamla danışır və istədiyi əməliyyatın sifarişini verir. E.Mahmudov daha da aqressivləşib. Ölkədə vəziyyəti gərginləşdirməyə çalışır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda dövlət çevrilişi hər an baş tuta bilər. Onlar artıq hakimiyyətə gətirəcəkləri adamın kimliyini də dəqiqləşdiriblər. Ölkədəki məmur təbəqəsinin hesabına buna qismən də olsa nail olublar. Amma heç vaxt imkan verməyəcəyik ki, belə cəhdlər olsun. Biz də çalışırıq. Azərbaycanda sağlam düşüncə qalib gələcək. Narahat olmayın yaxın günlərdə hökuməti buraxmaqla, indiki məmur təbəqəsinin əlindəki milyardları əllərindən almaqla istəyimizə nail olacağıq”.
AİM.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi