Prezident İlham Əliyev PA-nın məsul şəxslərinə vacib vəzifə verdi - SİYAHI

img

03-02-2016 [16:43]


Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiq edilib.

Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri təyin edilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

Feyruz Mustafayev - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA