Rusiyadan İrana daşınan taxta yüklü vaqonlar... - Gömrük istintaqa başladı

img

03-02-2016 [15:41]


Rusiyadan İrana daşınan taxta yüklü vaqonlar Azərbaycanda saxlanılıb.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin materialların Sabirabadda sahibkarlardan birinə satılması haqda məlumat daxil olub:

"Məlum olub ki, 2015-ci il dekabrın 30-da və bu il yanvarın 12-də 2 vaqondakı taxta yükünün "Tikinti Təminat Ltd" MMC tərəfindən tranzit gömrük proseduru altında İrana aparılacağı bildirilib.Amma vaqonlar Sabirabadın Sabir dəmiryol stansiyasında qeyri-qanuni boşaldılıb. Gömrükçülər müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Rahib Əkbərov Ağamusa oğluna 14 800 dollara satılıb. 

Məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA