Prokurorluq orqanlarına izə qəbul olunmaq üçün müsahibə bazlayıb

img

09-03-2010 [01:06]


Martın 9-da ?Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında? Əsasnaməyə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ikinci mərhələsindən keçən namizədlərlə müsahibə başlayıb. Baş Prokurorluqdan verilən məlumata görə, bir müddət öncə müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə etmiş 96 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Müsahibə mərhələsi martın 9-dan başlayaraq Baş Prokurorluğun inzibati binasında keçiriləcək. Namizədlər bu gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət edilirlər. Sonuncu mərhələdə 96 namizəddən 80-i seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA