03-02-2016 [12:53]
Dolların bahalaşması avtomobil bazarına da təsirsiz ötüməyib. Həm təzə, həm də ikinci əl avtomobil bazarında qiymətlər artıb.
Avtomobil şirkətləri ölkəyə yeni gətirilən modelləri 47 %-ə qədər bahalaşdırıblar. Məsələn, 106 000 manatlıq "Toyota Land Cruiser” hal-hazırda 156 000 manat satılır. Daha çox orta sinif üçün nəzərdə tutulan avtomobillər isə nisbətən az, yəni 20 %-ə qədər bahalaşıb. Buna "Hyundai Elantra” modelini misal göstərmək olar. Əvvəl 18 min manata satılan avtomobilin qiyməti 21450 manata qədər artıb.
İkinci əl avtomobillər 20-22 % bahalaşıb
Avtomobil ekspertləri bildirirlər ki, ikinci əl avtomobil bazarında isə real qiymətlər getdikcə aşağı düşür. Amma saytda yerləşdirilən avtomobil elanlarında satıcılar qiymətləri nisbətən yüksək göstərirlər. Turbo.az-dan bildirilib ki, 2-ci əl avrtomobillər dollarla ucuzlaşsa da, amma manatla 13-14 % bahalaşıb.
Məsələn, 2014-cü ilin tam komplektasiyalı Toyota Corolla avtomobili əgər 17500 dollara satılırdısa, hal-hazırda yeni kursla 13000 dollara satılır. Avtomobil 4500 dollar ucuzlaşsa da, manatla 13-14% bahalaşıb. 2010-cu ilin "Hyundai İX35” avtomobili əvvəl 10000 dollara satıldısa, indi 8000 satılır.Bu avtomobilin qiyməti isə 20-22% artıb. 2012-ci il 3.0 motorlu "Hyundai Grandeur” eyni həcmdə bahalaşıb.
Ən çox bahalaşan Yaponiya və Cənubi Koreya avtomobilləridir
Ən çox qiymət fərqi yapon,koreya istehsalı avtomobillərdə müşahidə olunur.Bu avtomobillər dollar ilə alındığı üçün daha çox bahalaşıb.(47-50%)Yapon və koreya avtomobilləri ilə müqayisədə avropa istehsalı olan avtomobillərin qiyməti nisbətən az artıb: "Ümumiyyətlə salonlarda stokda olan avtomobillərdə qiymət fərqi varsa hələ ki, bu qeyd etdiyimiz 20% kimi və ya dəyişilməyən qiymətlərdir. Yeni gətiriləcək avtomobillər isə daha çox bahalaşacaq.”
Avtomobillər dollarla, yoxsa manatla satılır?
Şirkət avtomobilin hansı valyuta ilə satılmasına da aydınlıq gətirib. Belə ki, saytda yerləşdirilən avtomobil elanlarında avtomobillərin qiyməti həm manatla, həm dollarla əks olunur: "Avtomobilin hansı əskinazlarla satılmasını müxtəlif amillərin təsirindən satıcı təyin edir. Buraya avtomobilin dollarla kreditdə olması, avtomobilin xarici bazardan dollarla alınması və digər amillər daxildir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi