Nazirlər Kabineti qərar verdi, nazirlikdə struktur islahatı oldu

img

03-02-2016 [10:23]


Kənd Təsərrüfatı Nazirliyi 5 aqrar müəssisəni bir MMC-də birləşdirib.

Vergilər Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 111 nömrəli qərarına uyğun olaraq Abşeron rayonundakı "Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN:3100179811), "S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100129771), "Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100178201) və "Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC (VÖEN: 3100884621) birləşdirilərək onların bazasında Kənd Təsərrüfatı Nazirliyinin "Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Bununla əlaqədar olaraq yuxarıda adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına ( Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi,40) iki ay ərzində müraciət etmək xahiş edilir.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA