Beynəlxalq Reytinq Agentliyi “Azərenerji”nin reytinqini aşağı saldı - Hesabat

img

02-02-2016 [23:58]


"Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini "BBB-/A-3” səviyyəsindən "BB+/B”-dək endirib.

Bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.

Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi "CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA