“Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır” - Elmar Məmmədyarov

img

02-02-2016 [22:40]


Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Biz bu gərginliyin ölkələr arasındakı münasibətlərə zərər gətirməməsi üçün Türkiyə və Rusiyanın xarici işlər nazirləri ilə danışıqlar aparırıq", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə strateji münasibətləri, həmçinin Rusiya ilə strateji əlaqələri var: "Azərbaycan həm Ankara, həm də Moskva ilə geniş siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycan bu böhrandan çıxmağa kömək etmək üçün səy göstərir", - deyə E.Məmmədyarov bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA