Prezident Dubay şeyxi ilə bir neçə sənəd imzalayıb - FOTOLAR

img

02-02-2016 [19:42]


Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan prezident İlham Əliyev həmin ölkənin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Şeyxin iqamətgahında baş tutan Məhəmməd bin-Rəşid Əl-Maktumlanın yeganə varisi Şeyx Həmdan bin Raşid Əl Maktum da iştirak edib.

Dumay əmiri prezident İlham Əliyevə BƏƏ-nin Marsdakı missiyası ilə bağlı nəşr etdirdiyi kitabını hədiyyə edib.

Regional və beynəlxalq məsələlərlə bağlı bir sıra mövzuların müzakirə edildiyi görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi vurğulanıb.

Azərbaycan və BƏƏ arasında dəniz nəqliyyatı sahəsində institusional əməkdaşlıq və ölkələr arasında informasiya və kommunikasiya texnologiyaları üzrə anlaşma memorandumu imzalanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. Prezident əvvəlcə Abu Dabidə bir sıra görüşlər həyata keçirib, daha sonra isə Dubaya səfərə gəlib. İlham Əliyev Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib, Dunayda isə məşhur "Bürc-Xəlifə” binası ilə tanış olub.

Prezidentin səfəri davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA