02-02-2016 [18:08]
2 fevral – Gənclər Günü münasibəti ilə Lənkəran şəhərində Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri keçirilib.
Mia.az-a verilən məlumata görə, bayram tədbirində dövlət himninin səsləndirildikdən sonra Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirdə məruzə edib.
Daha sonra məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin tələbələri Mədinə Məmmədli, Rəşad Paşayev, Elvin Əsədli və başqaları çıxış ediblər.
Məruzə və çıxışlarda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Lənkəranda gənclərin İcra başçısı Taleh Qaraşovun hərtərəfli qayğısı ilə əhatə olunmasından, dövlət başçısının həyata keçirdiyi anti-böhran tədbirlərinin lənkəranlı gənclər tərəfindən birmənalı olaraq dəstəklənməsindən söhbət açıldı, müəllimlərin maaşlarının, tələbələrin təqaüdlərinn artırılması üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
Gəncləri əlamətdar bayram münasibəti ilə təbrik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ölkədə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərin məhz cənab Prezident İlham Əliyevin bu siyasəti ardıcıl olaraq davam etdirməsinin məntiqi nəticəsi olduğunu bildirmişdir. Natiq çıxısında 1993-cü ilin iyun ayınadək və ondan sonra baş verən hadisələri müqayisə edərək Ümummilli Lider Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitliyin yaranmasının misilsiz əhəmiyyətini diqqətə çatdırmaqla 20 sentyabr 1994-cü il tarixdə "Əsrin müqaviləsi”nin bağlanmasından, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhədlərin qarşısının alınmasından, 1996-cı ildən respublikamızda genişmiqyaslı iqtisadi islahatların başlanmasından və s. ətraflı danışmışdır.
İcra başçısı 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumunun keçirilməsinin, həmin tarixdən başlayaraq ölkəmizdə "Gənclər Günü”nün böyük təntənə ilə qeyd edilməsinin gənclərimizin həyatında çox əlamətdar hadisə olduğunu vurğulayaraq ölkədə gənclər siyasətinin məhz Ümummilli Lider tərəfindən formalaşdırıldığını və Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını bildirmişdir.
Taleh Qaraşov daha sonra gənclərimizin dünyada gedən siyasi proseslərə doğru-düzgün qiymət verməsinin vacibliyini vurğulayaraq onları ictimai-siyasi sabitliyi, dinc asayişi pozmağa cəhədlərin qarşısının alınmasında fəallıq göstərməyə, vətənpərvər olmağa, milli-mənəvi dəyərlər ruhunda böyüməyə, ana dilini mükəmməl bilməyə, çoxlu xarici dil öyrənməyə, ümumbəşəri dəyərlərə sadiq qalmağa, dini radikalizmə qarşı barışmaz mövqe tutmağa, daim ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, onları cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sürətli inkişafına töhvə verməyə, Vətənə, dövlətə sədaqətli olmağa çağırmışdır.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupuna Lənkəran ŞİH-nin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda bayram konserti olmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi