“Donuz qripi” Gürcüstanda daha bir can aldı

img

02-02-2016 [13:46]


Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb.

Bununla da, bu ölkədə "donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze "Rustavi 2” telekanalına açıqlama verib. 

Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: "Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik.

Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA