Mərkəzi Bankdan daha bir qərar - Məşhur bank bağlandı

img

02-02-2016 [11:32]


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank rəsmi açıqlama yayıb.

Bildirilib ki, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, "Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA