SOCAR-dan açıqlama: “Vitse-prezidentin fikirləri təhrif olunub”

img

01-02-2016 [18:47]


"Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış "Azərbaycan "Azərenerji” üçün Rusiyanın "Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir”. 

Mia.az xəbər verir ki, bu, SOCAR-ın saytında yerləşdirilən rəsmi məlumatda yer alıb.

Bildirilib ki, Elşad Nəsirov həmin açıqlamada belə qeyd edib: "Hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, "AzMeCo”, "Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA