01-02-2016 [17:20]
Xəbər verildiyi kimi, Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir.
Bu tədbirlərin hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı olduğu bildirilir.
Bu haqda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi yanvarın 30-da məlumat yayıb.
Bildirilib ki, Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır.
Göründüyü kimi, Dünya Bankı da danışıqların əsas predmeti kimi, Azərbaycan hakimiyyətinin qarşısında struktur islahatı tələbini səsləndirir.
Qeyd edək ki, son bir aydır ayrı-ayrı deputatlar da bir-birinə yaxın və yaxud bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini və ya birləşdirilməsini qabartmağa başlayıblar. Hətta ölkə prezidenti İlham Əliyev də son müşavirədə belə islahatların anonsunu verib. Bundan başqa, elə ötən həftə Prezident İlham Əliyevin özünə iqtisadi məsələlər üzrə yeni müavin təyin etməsi də, qarşıda böyük struktur islahatına start veriləcəyinin xəbərçisi sayılır.
Bu və ya digər məlumatları Mia.az-a şərh edən məlumatlı şəxs deyir ki, qarşıdakı aylarda Azərbaycanda bir çox nazirlik, komitə və ya xidmətlərin birləşdirilməsi həyata keçiriləcək:
"Məsələn, Dövlət Sosial Müdafiə Fondurun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Maliyyə Nazirliyinə, "Meliorasiya və Su Təsərrüfatı” ASC Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla iş üzrə Komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsi hər an gerçəkləşdirilə bilər. Daha sonrakı aylarda isə Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin, o cümlədən Energetika Nazirliyi, "Azərenerji” ASC və SOCAR-ın da bir "bayraq” altında birləşdirilməsi gündəmə gətirilə bilər. Düşünürəm ki, Azrbaycan iqtidarı büdcəyə ciddi qənaət etmək üçün hökumətə daxil olan qurumların sayını 17-18-ə qədər düşürəcək”.
Müsahibimiz deyir ki, bu islahatlar ortaya yeni problemlər də çıxaracaq: "Sözsüz ki, bu islahatlar xeyli kadrların işsız qalmasına səbəb olacaq ki, bu da başqa bir sıxıntı deməkdir. Məncə, höküməti islahatlardan çəkindirən ən əsas məqam da elə budur. Hökumət ideoloqları hesab edir ki, cəmiyyətin aktiv təbəqəsi olan həmin məmurlar illərlə topladıqları vəsaiti və təcrübəni hakimiyyətə qarşı narazılıqların böyüməsinə yönəldə bilər. Ona görə də iqtidar maksimum şəkildə bu prosesi ağrısız həyata keçirməyə çalışır. Buna nə dərəcə nail olacaqlarını isə, təbii ki, zaman göstərəcək”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi