Türkiyədə güclü zəlzələ baz verib, 50-dən artıq adam ölüb, 30-dan çox yaralı var

img

08-03-2010 [03:04]


Türkiyənin şərqində yerləşən Elazığ şəhərində Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ baş verib. Yerli mətbuatın məlumatına görə, təbii fəlakət nəticəsində 51 adam ölüb, daha 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Veilən məlumatlara görə, zəlzələ nəticəsində 50-dən artıq adam ölüb, 30-dən çox yaralı var. Türkiyə baş nazirinin müavini Cəmil Çiçək və 3 nazir zəlzələ bölgəsinə gediblər. Təbii fəlakət nəticəsində böyük dağıntılar baş verib, uçqunlar altından cəsədlər və yaralılar çıxarılır. Xilasetmə işləri davam edir. Xatırladaq ki, 1999-cu ildə Türkiyənin şimal qərbində baş verən iki güclü zəlzələ 18 min insanın ölümü ilə nəticələnmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA