Nazir prezidentə yeni layihə təqdim etdi - Neft yeni büdcədə 25 dollar götürüldü

img

01-02-2016 [16:51]


2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin layihəsi prezident İlham Əliyevə təqdim olunub.

Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.(APA)

 Nazir xatırladıb ki, yenilənmiş dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb:"Məlum olduğu kimi, bu ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 50 dollardan götürülmüşdü. Lakin xam neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəbə oldu. Məhz buna görə, yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barelinin baza qiyməti 25 dollardan hesablanıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA