İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib

img

01-02-2016 [15:02]


Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA